İran Hörmüz boğazından keçid üçün onlayn qeydiyyat sisteminə başlayıb
İran gəmilərin Hörmüz boğazından keçidi üçün yeni onlayn qeydiyyat sistemini istifadəyə verib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, dünya üzrə gəmi sahibləri və kapitanlar Hörmüz boğazından keçmək üçün müraciətlərini İranın Hörmüz Boğazı İdarəsi (SHA) vasitəsilə onlayn şəkildə təqdim edə biləcəklər.
Məlumata əsasən, bu addım regionda dəniz nəqliyyatının idarə olunması və keçid proseslərinin tənzimlənməsi məqsədi daşıyır.
Qeyd edilib ki, ötən ay ABŞ Maliyyə Nazirliyi İranın neft ixracı və nəqliyyat şəbəkələrini hədəf alan sanksiyalar çərçivəsində həmin quruma qarşı məhdudiyyətlər tətbiq edib.
17:53 02.06.2026
Oxunuş sayı: 45