İranın sabiq prezidenti ilə bağlı diqqətçəkən açıqlama verilib
İsrail hərbi kəşfiyyatının (AMAN) sabiq rəhbəri Tamir Heyman "The New York Times" qəzetinin İranın sabiq prezidenti Mahmud Əhmədinejadla bağlı diqqətçəkən xəbərinə açıqlama gətirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Heyman PBS telekanalına müsahibəsində İsrail tərəfindən İran ətrafında formalaşdırılan təhlükəsizlik zəncirindən danışıb və Əhmədinejadın bu zəncirin halqalarından biri olduğunu bildirib.
Onun sözlərinə görə, layihənin əsas mərhələsi kürdlərlə bağlı planın həyata keçirilməsindən başlamalı idi. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampa göstərdiyi təsir nəticəsində bu mərhələ reallaşmayıb.
“Əhmədinejadla bağlı baş verməli olan bir sıra xüsusi əməliyyatlar var idi. O, zəncirin əsas halqalarından sayılırdı. Ancaq kürdləri Türkiyənin sabitliyinə strateji təhdid hesab edən Ərdoğan Trampı kürdlərə dövlət verməyin pis bir fikir olduğuna inandırıb”, - Heyman vurğulayıb.
18:25 02.06.2026
Oxunuş sayı: 48