Fransa prezidentinin həyat yoldaşı kişidir - İDDİA
Rusiyanın paytaxtı Moskvaya səfər edən ABŞ-li jurnalist və ictimai şərhçi Kendis Ouens bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makron barədə mübahisəli iddialar irəli sürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, iddia edib ki, apardığı “araşdırma” nəticəsində Brijit Makronun əslində kişi olduğu barədə sübutlar tapıb.
“Bu məsələni araşdırdım və nəticəyə gəldim ki, Brijit Makron kişidir. O, Emmanuel Makronun məktəb müəllimi olub,” – deyə o bildirib.
Jurnalistin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
17:29 02.06.2026
Oxunuş sayı: 63