Müsabiqə qalibi: "Yüksəliş"də əsas meyar insanın bacarığı, potensialı və idarəetmə qabiliyyətidir
Artıq bir neçə ildir təşkil olunan "Yüksəliş" layihəsi Azərbaycanda ciddi marağa səbəb olub. Müsabiqənin qaliblərindən bir çoxu bu gün yüksək vəzifələrdə çalışırlar. Təkcə bunun özü onu deməyə əsas verir ki, “Yüksəliş” idarəetmə prosesində mühüm rol oynamaqla, həm etibarlı, bacarıqlı kadrların tapılmasında, müəyyənləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az məsələnin aktuallığını nəzərə alaraq “Yüksəliş” hekayəsi” rubrikası çərçivəsində qaliblərlə silsilə müsahibələri davam etdirir. Növbəti müsahibimiz 4-cü "Yüksəliş" müsabiqəsi qaliblərindən Sənan Mustafayevdir.
Müsahibədən əsas fikirləri təqdim edirik:
- “Mənim iştirakım sübutdur ki, "Yüksəliş"də uğur qazanmaq üçün xaricdə təhsil almaq vacib deyil;
- "Burada əsas meyar insanın bacarığı, potensialı və idarəetmə qabiliyyətidir;
- "Bu müsabiqə mənə təkcə 20 min manat qazandırmadı, ən böyük dəyəri – mentorlarla görüşlər, real təcrübə və yeni baxış bucağı idi;
- “Öz konfort zonalarından çıxmaq və özlərini daha yaxından tanımaq üçün gənclər bu müsabiqəyə qatılmalıdırlar;
- “Qalib gəlib-gəlməməyindən asılı olmayaraq, ölkənin müxtəlif potensiallı gəncləri ilə əlaqələr qurmaq, şəbəkələrini genişləndirmək imkanı var:
Müsahibə yaxın zamanda Crossmedia.az saytında dərc ediləcək.
Ayhan
14:08 01.11.2025
Oxunuş sayı: 1476