Bu ilin 9 ayında 16 mindən çox əcnəbi Azərbaycanda müvəqqəti yaşamaq üçün müraciət edib

Bu ilin 9 ayında 16 min 398 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, sözügedən dövrdə müraciətlərin 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3818-i vətəndaşlıq məsələləri ilə bağlı olub.
Bununla yanaşı, 6257 əcnəbi olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama, 6774-ü iş icazəsi üçün DMX-yə müraciət edib.
12:08 16.10.2025
Oxunuş sayı: 1920