Azərbaycan və Çin Baş prokurorluqları arasında əməkdaşlıq müzakirə olunub- YENILƏNİB
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənəd Bakıda səfərdə olan Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyev arasında keçirilən görüş çərçivəsində imzalanıb.
Memorandum Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini və hüquqi sahədə əlaqələrin gücləndirilməsini nəzərdə tutur.
Sənədin imzalanması iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcək.
11:56
Bakıda Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Çinin prokurorluq orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüş keçirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən hüquqi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
12:40 31.08.2026
Oxunuş sayı: 53