Binəqədidəki yanğınla bağlı son durum açıqlanıb - SORĞU

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Daha ətraflı əlavə məlumat veriləcək
Elmir Heydərli
13:06 11.09.2025
Oxunuş sayı: 929