Alyaskada diplomatiya, Ağ Evdə koordinasiya, Kiyevdə təcavüz: Dünya siyasətində gərginlik artmaqda davam edir - ŞƏRH

Dünya
siyasəti bu günlərdə sanki bir gərginlik qovşağına çevrilib. Alyaska, Vaşinqton
və Kiyev – üç şəhər, üç dramatik an. Bu məkanlar qlobal güc balansının və
diplomatiya səylərinin üz-üzə gəldiyi nöqtələrdir. Sözlərlə verilən vədlər
dünya ictimaiyyətinə ümid versə də, meydandakı güc həmişə daha sərtdir.
Alyaska:
Tramp və Putin görüşdü
Gözləntilər
böyük idi. ABŞ ümid edirdi ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəsi qəbul edəcək və
diplomatiya nəticə verəcək. Lakin Alyaska görüşündən çıxan nəticə sərt oldu:
soyuq təbəssümlər, ümumi bəyanatlar və konkret addımların yoxluğu diqqət çəkdi.
Sözlərlə diplomatiya masasında çox şey mümkün görünür, amma meydandakı güc
balansı dəyişməz qalır.
Ağ
Ev: Qərbin Formal Birliyi
Üç
gün sonra Ağ Ev rəhbəri Donald Tramp Avropa liderləri ilə görüşdü. Ukrayna lideri Volodimir Zelenskiyə xəritə göstərilməsi Kiyevin real vəziyyətlərlə üzləşməsi üçün açıq işarə idi. Fransa dövlət başçısı Emmanuel Makron əvvəlcə “26
ölkənin qoşunlarını Ukraynaya yerləşdirə bilərik” dedi. Qərbin birliyi formal
görünür, amma real addımların sürəti və gücü hələ məhduddur. Diplomatiya cazibədar
görünsə də, həlledici amil hələ də meydandakı gücdür.
Kiyev:
Hücum və Mesaj
Bu günlərdə Rusiya Ukraynaya yeni hücum həyata keçirdi. Bu, sadəcə hərbi əməliyyat deyildi,
həm də Qərbə açıq bir mesaj idi: “Siz nə qədər danışsanız da, meydanda üstünlük
mənim tərəfimdədir.” Əgər Qərb bu gün günahkarın kim olduğunu axtarırsa, cavab
elə onların özündədir. Çünki 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə Qərb
susqun qalmışdı.
Nəticə
etibarilə ortaya bir sual çıxır: Diplomatiya kağız üzərindəmi qalacaq?
Alyaska görüşü gözləntiləri doğrultmadı, Ağ Evdə keçirilən toplantı isə Qərbin birliyindəki çatları üzə çıxardı. Kiyevdəki hücum həmin boşluqların birbaşa nəticəsi oldu. İndi əsas məsələ budur: Qərb toparlana biləcəkmi, yoxsa diplomatiyayenidən yalnız sözlər səviyyəsində qalacaq?
Xasay Gəraylı,
Siyasi şərhçi
15:11 10.09.2025
Oxunuş sayı: 1515