Prezident İlham Əliyev: Zəngəzur dəhlizi yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib. Telekanalın saytında dövlətimizin başçısının müsahibəsində səsləndirdiyi bəzi fikirlər əsasında material yayımlanıb.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev müsahibəsində
deyib: “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən
dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi
çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Materialda vurğulanıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi
(TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib.
Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat
marşrutlarının mühüm hissələrindən biri olacaq.
Prezident İlham Əliyev müsahibəsində ABŞ Prezidenti Donald
Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını
da ifadə edib.
Dövlətimizin başçısı, həmçinin Rusiya ilə münasibətlərdən və
2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin
vurulmasından danışıb. Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu
düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı
və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə
edib.
23:09 14.08.2025
Oxunuş sayı: 1320