Rusiya “Tramp yolu” kimi tanınan nəqliyyat dəhlizi layihəsinin detallarını öyrənir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynaya silah tədarükünə qoyulan embarqonu ləğv edə biləcəyi ehtimalına münasibət bildirib. XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeev qeyd edib ki, Bakıya Rusiyanın silah və ya ikili təyinatlı humanitar yardım tədarükü ilə bağlı mövqeyi yaxşı məlumdur:
"Belə addımlar münaqişənin sülh yolu ilə həllinə kömək etmir və vəziyyəti daha da gərginləşdirir", – deyə o vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya XİN Azərbaycanın Ermənistanla arasında həyata keçirilməsi nəzərdə tutulan və “Tramp yolu” kimi tanınan nəqliyyat dəhlizi layihəsinin detallarını öyrənəcəyini açıqlayıb. Fadeevin sözlərinə görə, layihə hələ ictimaiyyətə təqdim olunmayıb və Cənubi Qafqaza regiondan kənar qüvvələrin cəlb edilməsi sülh gündəmini irəli aparmalı, yeni problemlər və ayrıcı xətlər yaratmamalıdır.
O həmçinin qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qərarlar qəbul edilərkən Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və Sünik vilayətində Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.
Nicat Rüstəmzadə
15:59 13.08.2025
Oxunuş sayı: 666