Pakistan prezidenti: "Pakistan Azərbaycanı əsas strateji tərəfdaş kimi görür"

Pakistan Prezidenti Asif Əli Zərdari, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı etimad, ortaq dəyərlər və maraqlara əsaslanan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi müzakirə olunub.
"Pakistan Azərbaycanı əsas strateji tərəfdaş kimi görür və xüsusilə ticarət, iqtisadiyyat və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Genişlənmiş ticarət əlaqələri, investisiya tərəfdaşlığı və regional nəqliyyat imkanlarının yaxşılaşdırılması iki ölkəni daha da yaxınlaşdıracaq və ortaq rifaha xidmət edəcək", - deyə Asif Əli Zərdari vurğulayıb.
Sonda Asif Əli Zərdari Azərbaycan və Ermənistan arasındakı sülhün regiona sabitlik və rifah gətirəcəyini qeyd edib.
15:32 13.08.2025
Oxunuş sayı: 593