Migel Anxel Moratinos Prezident İlham Əliyevi təbrik edib

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar
Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevə təbrik
məktubu ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərin
normallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannamənin imzalanması
münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu tarixi nailiyyət cəsarət,
müdriklik və region xalqları üçün sülh, sabitlik və əməkdaşlığın gələcəyinin
formalaşdırılmasına sadiqlik nümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə
vacib mesaj verir ki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli
üçün ən güclü vasitə olaraq qalır.
Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki,
Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və
Cənubi Qafqazda inkişaf və firavanlıq üçün yeni imkanların açılmasında əsas rol
oynayacaqdır.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında münasibətlərdə yeni səhifənin
açılması məsələsində dəstək və əməkdaşlığa sadiq qalır.
Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərin
davamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm."
22:26 12.08.2025
Oxunuş sayı: 938