Tramp İlham Əliyev və Nikol Paşinyanla Vaşinqtondakı görüşündən video yayımlayıb

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində
Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdəki görüşünün görüntülərini əks
etdirən video yayımlayıb.
Crossmedia.az xəbər verir ki, videoda liderlərin
çıxışlarından parçalar yer alıb.
“Ermənistan və Azərbaycan arasında həqiqətən tarixi sülh
sammiti üçün hər kəsi Ağ Evdə salamlamaq mənim üçün şərəfdir”, - Tramp
bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Trampa nizamlanmaya
verdiyi töhfəyə görə təşəkkür edib, onun Qafqaza sülh gətirdiyini vurğulayıb.
“Buna görə minnətdarıq. Qarşıdurma, konfrontasiya və qan
tökülməsi ilə bağlı səhifəni çevirəcəyik”, - o deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, bu böyük nailiyyət Trampın qlobal lider olmasına, dünya miqyasında dövlət xadimi və sülhməramlı kimi irsinə daha bir sübutdur.
https://truthsocial.com/@realDonaldTrump/115016658835509914
21:05 12.08.2025
Oxunuş sayı: 563