"Prezident İlham Əliyev ədaləti necə bərpa etmək lazım olduğunu yaxşı bilir"- RƏY

Azərbaycanın tarixi zəfəri və əldə etdiyi nailiyyətlər, 33 il davam edən anti-Azərbaycan siyasətinin tamamilə iflasa uğraması ilə nəticələndi. ABŞ-nin keçmiş administrasiyası, yəni Demokratları, Fransakı Emmanuel Makron rejimi, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamentinin Azərbaycanı güzəştlərə məcbur etmək cəhdləri bu müddət ərzində davam etsə də, rəsmi Bakının prinsipial mövqeyi, balanslı xarici siyasəti və strateji addımları ölkəni dünya miqyasında nüfuzlu və qüdrətli dövlətlərdən birinə çevirdi. Bu uğurlar Azərbaycanın suverenliyini bərpa etməsi və dünya dövlətlərini bu reallığı qəbul etməyə məcbur etməsi ilə zirvəyə çatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, 33 il boyunca qarşıya qoyulmuş “işğalla barış” stereotipini darmadağın etdi. Dövlət başçısının qətiyyətli siyasəti və uzaqgörən strategiyası sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu tarixi nailiyyətlərin arxasında bir imza dayanır: İlham Əliyevin imzası. Onun liderliyi ilə Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi, dünyada sözü keçən dövlətə çevrildi və qlobal səhnədə reallıqları diktə edən bir güc kimi tanındı.
Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlamasında prezident İlham Əliyevin prinsipial mövqeyindən və balanslı siyasətindən danışıb: “Dünyada ədalət var. Amma ədaləti əldə etmək üçün çətin yol qət edilməlidir. Prezident İlham Əliyev ədaləti necə bərpa etmək lazım olduğunu yaxşı bilir. Ona görə də xarici təzyiqlərə sinə gələrək mövqeyini dəyişmədən tam ədalətin bərpasına qədər yolumuza davam etdik. Düzdür, haqlı mövqeyini qəbul etdirmək heç də asan məsələ deyil. Əslində haqlı olsan da güclü olmasan haqqın tapdalanır və haqsızı ədalətli kimi göstərməyə çalışırlar. Son 35 ildə ölkəmizin başına gələn hadisələr haqlı olduğun halda, beynəlxalq güclərin haqsız kimi görməyindən irəli gəldi. ABŞ-nin Azadlıqa Dəstək Aktına 907-ci düzəliş ediləndə Azərbaycan işğala məruz qalmasına baxmayaraq sanki işğalçı kimi qələmə verilmişdi. ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərdiyi 28 ildə də Ermənistanın işğalçılıq siyasətini dayandırmağa yox, Azərbaycanı işğalla barışdırmağa çalışdılar. Amma ölkənin güclü lideri olanda xalqın haqq səsi qalib gəlir. Belə ki, 44 günlük Vətən müharibəsində qələbəmizin dönməz olması Prezident İlham Əliyevin apardığı beynəlxalq siyasətin qələbəsi idi. Çünki, müharibənin aparılması üçün hüquqi baza hazırlanmışdı və beynəlxalq ictimaiyyəti ölkəmizin ərazilərinin işğal altında olmasına inandırmışdıq. Prezident İlham Əliyev Qarabağ münaqişəsini hərbi siyasi yollarla həll olunmalı olduğunu bildiridi. Ona görə də müharibədə ərazilərimiz işğaldan azad olundu və siyasi yollarla bir güllə atılmadan Laçın, Ağdam və Kəlbəcər rayonları qaytarıldı. Əgər bu rayonların azad olunması üçün müharibəni davam etdirsəydik minlərlə gəncimizin həyatı bahasına azad edəcəkdik. Amma dövlət başçımızın güclü siyasəti və diplomatiyası sayəsində yenidən müharibəyə ehtiyac qalmadı”.
Deputat həmçinin bildirib:
“Ərazilərimizdə suverənliyi bərpa etməyimizdən sonra Bayden-Blinken Administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. Azərbaycanı öz suverən torpaqında sanki bir işğalçı və insan haqlarını pozan kimi qələmə verib baş başa verərək qərəzli qətnamələr qəbul edib təzyiq kampaniyasına başladılar. Hətta Azərbacanın qarşısına şərtlər qoyub nə edilməlidirsə diktə etməyə çalışdılar. Makron Azərbaycana qarşı sanksiyalar qəbul etdirmək üçün bir neçə dəfə BMT-nin gündəliyinə məsələni daxil etdi. Amma alınmadı. Avropa İttifaqında Borelləri Azərbacnın üzərinə göndərdi. Avropa İttifaqı və Blinken Ermənistana hərbi yardımın göndərilməsi üçn sənəd imzaldılar. ABŞ-nin keçmiş prezidenti Cozef Bayden Azərbaycana qarşı 907-ci düzəlişi yenidən işə saldı. Qərbin bu ədalətsiz təzyiqləri Azərbaycanı yolundan və mövqeyindən çəkindirmədi. Çünki xalq öz liderinə və onun qəbul etdiyi qərarlara inanır. Məhz dövlət başçımızın güclü siyasi iradəsi və diplomatiyası sayəsində Ermənistanı Qarabağın Azərbaycan olduğunu etiraf etməyinə məcbur etdi. Dövlət başçımızın uğurlu siyasəti sayəsində Qarabağda erməni separatizmin kökü kəsildi. Azərbaycanın təqdim etdiyi sülh müqaviləsi Ermənistan tərəfindən qəbul olundu. Düzdür, Ermənistana dayaq dayanaraq onu yenidən müharibəyə ruhlandıranlar Azərbaycanın şərtlərini qəbul etməyindən çəkindirməyə çalışırdı. Amma dövlət başçımızın diplomatiyası sayəsində dünyanın bir nömrəli ofisində, bir nömrəli prezidentin iştirakı ilə sülh müqaviləsinin paraflandı və birgə bəyannamə qəbul olundu .Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasının təsdiq olunması və Azərbaycanla Ermənistanın sülhə sadiq olduqlarını rəsmən imzalarla təsdiq etməsi çoxlarının ürəyindən olmadı. Amma qəbul etməyinə məcbur oldular. Ona görə də Azərbaycanı ittiham edənlər birinci olaraq xalqımızı təbrik etməyə başçladı. Təbii ki, bu dövlət başçımızın güclü liderliyi sayəsində Azərbaycanın artan nüfuzunun və ədalətimizin makronların və digərlərin qəbul edilməsidir. Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan addım addım məqəsdlərinə çatır. Sülh müqaviləsi ilə bağlı sənədlərin imzlanması regionumuza inkişaf və təhlükəsizlik gətirəcək. Zəngəzur dəhlizi açılacaq və Asiyadan Avropaya qədər böyük bir coğrafiya ticari-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar qaznacaq. Cənubi Qafqaz yüz illərdən sonra ilk dəfə sabitlik regionu olacaqdır. Amma regionumuz uzun illərdə kənar qüvvələrin maraqlarına xidmət edən münaqişələr regionu olmuşdur. İndi isə münaqişələr və müharibələr zamanı arxada qaldı. Regionda bütün xalqlar təhlükəsizlik şəraitində yaşayacaqlar. Təbii ki, regionumuzda bərqərar olunmuş sabitlik və təhlükəsizliyin müəllifi Prezident İlham Əliyevdir”.
Ayhan
11:47 11.08.2025
Oxunuş sayı: 5644