Özbəkistan XİN: "Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq"

Özbəkistan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında mühüm irəliləyişin əldə olunmasını alqışlayır.
Bu barədə Crossmedia.az Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin bəyanatında deyilir ki, dünən Vaşinqtonda tarixi Birgə Bəyannamənin imzalanması Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın güclü siyasi iradəsi və qətiyyəti, habelə ABŞ Prezidenti Donald Trampın fəal sülhməramlı fəaliyyəti sayəsində mümkün olub.
“Bütün tərəflərin uzun müddətdir davam edən münaqişənin aradan qaldırılmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Əminik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin tezliklə bərqərar olması böyük regionun bütün xalqlarının mənafeyi naminə iri nəqliyyat və infrastruktur layihələrinin başlanmasına zəmin yaradacaq”, - bəyanatda deyilir.
17:26 09.08.2025
Oxunuş sayı: 2891