Səudiyyə Ərəbistanı Bakı - İrəvan razılaşmasını alqışlayıb

Səudiyyə Ərəbistanı ümid edir ki, Bakı və İrəvan arasında bu gün Vaşinqtonda əldə olunmuş razılaşma Cənubi Qafqaz regionunda qarşılıqlı anlaşma, əməkdaşlıq və təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin yeni dövrünü açacaq.
Crossmedia.az xəbərinə görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sazişin bağlanmasını alqışlayır, həmçinin bu prosesdə göstərdiyi köməyə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirir. Nazirlik həmçinin ümid edir ki, bu saziş Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin yeni dövrünü açacaq ki, bu da hər iki Cənubi Qafqaz xalqının və bütün regionun maraqlarına töhfə verəcək", - bəyanatda deyilir.
04:25 09.08.2025
Oxunuş sayı: 877