Prezident: Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi

Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki
administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi
qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı
Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi.
Crossmedia.az xəbər verir ki, bu sözləri
Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına
müsahibəsində deyib.
“Bizim Amerika Birləşmiş Ştatları ilə
əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar dondurulmuş
vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik”, - deyə Azərbaycan
Prezidenti vurğulayıb.
01:55 09.08.2025
Oxunuş sayı: 1629