ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq

ABŞ Azərbaycan və Ermənistanı tarixi sülh
sazişinin əldə olunması münasibətilə təbrik edir.
Crossmedia.az xəbər verir ki, bu barədə
ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"ABŞ Prezidenti Donald Trampın
rəhbərliyi altında Azərbaycan və Ermənistan liderləri (İlham Əliyev və Nikol
Paşinyan - red.) onilliklərlə davam edən münaqişələrə son qoyacaq sülh sazişi
bağlamaq barədə razılığa gəliblər. Bu tarixi saziş regionu gücləndirəcək,
Amerika ticarəti və investisiyaları üçün yeni qapılar açacaq. Hər iki ölkəni
yeni sülh dövrünün başlanması münasibətilə təbrik edirik", - Rubio qeyd
edib.
01:48 09.08.2025
Oxunuş sayı: 780