Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə
işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində
deyib.
Onun sözlərinə görə, avqustun 8-də
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində
keçib.
“Bu, mənim Prezident Trampla ilk görüşümdür
və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni
çox təəccübləndirdi”, - Prezident İlham Əliyev əlavə edib.
01:36 09.08.2025
Oxunuş sayı: 810