Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb

Azərbaycan və Ermənistan sülh gündəliyinə
sadiq qalacaqlar.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ
Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və
Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatla çıxış edərkən deyib.
“Bilirsiniz də, həmişə kiçik problemlər
olur, deyilmi? Böyük, nəhəng problemlər həll olundu. Amma bu münaqişə ilə bağlı
onların hər ikisi (Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş
naziri Nikol Paşinyan - red.) bilirlər ki, nəsə olsa, mənə zəng edəcəklər və
biz məsələni həll edəcəyik”, - ABŞ prezidenti bildirib.
01:33 09.08.2025
Oxunuş sayı: 821