Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
Azərbaycan Prezidenti İlham Əliyevi və
Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün
Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ
Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib.
"Bir çox vasitəçilər
Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz
oldu. Nəhayət, bu gün bu, bitəcək", - Tramp bildirib.
00:07 09.08.2025
Oxunuş sayı: 5924