Donald Trampla İlham Əliyevin görüşü başlayıb
ABŞ Prezidenti Donald Tramp Azərbaycan
Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ və
Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar.
Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında
qısa müddətli səmimi söhbət aparıb.
Görüş iki liderin bağlı qapılar arxasında
ikitərəfli müzakirələrlə davam edir.
Prezident Tramp Azərbaycan və Ermənistan
liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və
ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında
geniş müzakirələr aparacaq.
Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə
nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.
Jurnalistin Prezident Trampa görüşdən sonra
barış ümidinin olub-olmaması barədə sualına Tramp “Çox-çox ümidliyəm” cavabını
verib.
23:24 08.08.2025
Oxunuş sayı: 6643