Tramp marşrutu ilə bağlı danışıqlar gələn həftə başlayacaq
Tramp marşrutu ilə bağlı danışıqlar gələn həftə başlayacaq.
“ABŞ-nin yüksək vəzifəli rəsmiləri bu gün keçirilən ABŞ-Ermənistan-Azərbaycan sammiti ilə bağlı brifinq keçiriblər”.
Crossmedia.az xəbər verir ki, bunu jurnalist Aleks Raufoğlu sosial şəbəkələrdə yazıb.
“Sülh sazişinin mərkəzi hissəsi Tramp marşrutu olacaq. Rəsmilər təsdiqləyiblər ki, bu marşrut Ermənistanın suverenliyinə hörmət edilməklə, maneəsiz hərəkəti təmin edəcək.
Administrasiya dərhal yol xəritəsinin detallarını həyata keçirmək üçün işçi qrupları yaradacaq və Tramp marşrutu ilə bağlı danışıqların gələn həftə başlaması planlaşdırılır. Rəsminin sözlərinə görə, artıq 9 fərqli operator, o cümlədən 3-ü ABŞ-dən olmaqla, maraq göstərib”, - deyə Raufoğlu qeyd edib.
23:15 08.08.2025
Oxunuş sayı: 5426