General: "Ermənistana vaxt veriləcək ki..."

"Ermənistan konstitusiyasında bəzi maddələrini dəyişməz, Azərbaycana qarşı ərazi iddialarından imtina etməzsə, heç bir sülhdən söhbət gedə bilməz".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında ABŞ-də keçirilməsi nəzərdə tutulan görüşlə bağlı Crossmedia.az-a danışan ehtiyatda olan general Yaşar Aydəmirov bildirib: "Fikrimcə, bu məsələ ilə bağlı Ermənistana vaxt veriləcək ki, konstitusiyaya dəyişiklik etsin. Bundan sonra sülh müqaviləsindən danışmaq olar. Sabah isə ümumi bir bəyannamənin imzalanacağını düşünürəm".
General, həmçinin Ermənistanın bu ərəfədə Azərbaycanın guya atəşkəsi pozmasına dair yaydığı dezinformasiyanı qarşı tərəfin ordusunda hələ də instizamsızlığın göstəricisi kimi qiymətləndirib: “Belə ərəfədə bu cür hadisənin baş verməsi, əlbəttə, Ermənistan ordusunda ciddi intizamsızlıqların olduğunu bir daha göstərir. Məsələn, Ermənistan ordusunda rəşadətli Silahlı Qüvvələrimizdən fərqli olaraq Ali Baş Komandanlarına tabeçilik yoxdu. Bizdə isə ordumuz Ali Baş Komandana tabedir və onun göstərişlərinə uyğun hərəkət edir. Heç bir əsgər, zabit özbaşına atəşkəsi poza bilməz. Odur ki, bunlar hamısı Ermənistanın yaydığı dezinformasiyadır”.
Elmir Heydərli
16:26 07.08.2025
Oxunuş sayı: 1085