Ermənistan KİV Azərbaycan Prezidenti ilə Paşinyan arasında keçiriləcək görüşün detallarını açıqlayıb

Ermənistan KİV- Azərbaycan Prezidenti İlham Əliyevlə lə Ermənistan baş naziri Nikol Paşinyan arasında ABŞ-də keçiriləcək görüşün detallarını açıqlayıb.
Crossmedia.az Ermənistanın "Joxovurd" nəşrinə istinadən xəbər verir ki, Paşinyan Vaşinqtonda Əliyevlə sülh sazişi imzalamağı mümkün hesab etdiyini qeyd edib.
İddiaya görə, görüşdə “tarixi irəliləyiş” kimi təqdim olunacaq sənəd imzalana bilər.
Paşinyan hakim "Vətəndaş Müqavilə"si partiyasının iclasında ABŞ-də müəyyən sənədin imzalanmasının böyük ehtimalla baş tutacağını bildirib: "ABŞ Zəngəzur dəhlizi probleminin həllini təklif edib - “dəhliz” terminindən istifadə etmədən və heç bir səlahiyyət ötürmədən, lakin kənar nəzarət elementləri ilə bu olacaq" -deyə nəşr qeyd edib.
Elmir Heydərli
16:42 06.08.2025
Oxunuş sayı: 938