Amerikalı konqresmen: "Tramp Nobel Sülh Mükafatına layiqdir"

ABŞ Nümayəndələr Palatasının üzvü Co Uilson prezident Donald Trampı dünya sülhünə verdiyi töhfələrə görə tərifləyib və onu Nobel Sülh Mükafatına namizəd göstərməyə çağırıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, konqresmenin fikrincə, Trampın prezidentliyi dövründə bir sıra ölkələr arasında münasibətlərin normallaşmasında mühüm rol oynayıb. O, Trampın sülhə töhfə verdiyini düşündüyü ölkə cütlüklərini belə sadalayıb:
Konqo və Ruanda
Tailand və Kamboca
Pakistan və Hindistan
və yaxın gələcəkdə — Azərbaycan və Ermənistan
“Heç vaxt Donald Tramp kimi bir sülhsevər prezident olmayıb. O, Nobel Sülh Mükafatına layiqdir!” – deyə Co Uilson vurğulayıb.
Pərvin Hacıyeva
10:51 05.08.2025
Oxunuş sayı: 943