Sandu: Moldova Pravoslav kilsəsi Rusiyanın müdaxilə alətidir

Moldova Prezidenti Maya Sandu yerli pravoslav kilsəsini Rusiyanın ölkəyə müdaxilə vasitələrindən biri adlandırıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, 28 sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində baş tutan mətbuat konfransında Rusiyanın Moldovaya təsir göstərmək üçün istifadə etdiyi 10 əsas aləti sadalayıb.
Prezident Sandunun açıqladığı siyahıda 5-ci yerdə Moldova Pravoslav Kilsəsinin adı çəkilir. Prezidentə görə, bu dini qurum Moskvanın ölkə daxilindəki təsir imkanlarını genişləndirmək məqsədilə istifadə etdiyi strukturlardan biridir.
Pərvin Hacıyeva
13:37 03.08.2025
Oxunuş sayı: 880