Rusiyada seçkilərdən sonra yeni səfərbərlik dalğası ilə bağlı narahatlıq artır
Rusiyada Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik dalğasının elan edilə biləcəyi ilə bağlı narahatlıqların artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, belə narahatlıqların Kremlin bəzi rəsmiləri və hərbi komissarlıqların əməkdaşları arasında da yayıldığı iddia edilir.
“Bloomberg”in yazdığına görə, bəzi şəxslər xarici banklarda hesab açmağa, aktivlərini ölkə xaricinə çıxarmağa çalışıb, eləcə də yaxınlarına Rusiyanı tərk etməyi tövsiyə ediblər.
Rusiya Prezidenti Vladimir Putin yeni səfərbərlik planlarının olmadığını bildirir. Bununla yanaşı, adı açıqlanmayan avropalı rəsminin sözlərinə görə, Rusiyanın ilin sonunadək 300 min nəfərədək şəxsi hərbi xidmətə çağırmağa hazırlaşdığı iddia olunur.
“Bloomberg” həmçinin yazır ki, Kremlin yaratdığı rəqəmsal çağırış infrastrukturu sayəsində yeni səfərbərlik rəsmi elan edilmədən də həyata keçirilə bilər.
16:24 18.09.2026
Oxunuş sayı: 41