Zelenskidən AÇIQLAMA: Ukrayna Aİ-dən 3,3 milyard avro aldı
Ukrayna Avropa İttifaqının maliyyə dəstəyi çərçivəsində daha 3,3 milyard avro vəsait əldə edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bu barədə məlumat yayıb.
Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ayrılan vəsait ilk növbədə ölkənin müdafiə ehtiyaclarının qarşılanmasına, xüsusilə raket və dronların alınmasına yönəldiləcək.
Avropa Komissiyasının məlumatına görə, bu ödəniş Aİ-nin Ukraynaya müdafiə dəstəyi çərçivəsində həyata keçirdiyi dördüncü tranşdır. Yeni vəsaitlə birlikdə Avropa Komissiyasının bu il Ukraynaya Ukrayna Dəstək Krediti çərçivəsində ayırdığı ümumi vəsaitin həcmi təxminən 15 milyard avroya çatıb.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 17-də Zelenski ilə telefon danışığından sonra 3,3 milyard avronun Ukraynaya ayrılacağını açıqlamışdı.
17:27 18.09.2026
Oxunuş sayı: 47