Ərdoğan: Türkiyəni dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən birinə çevirdik
Türkiyə dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Hava Limanında keçirilən 4-cü uçuş-enmə zolağının və əlavə investisiyaların açılış mərasimində çıxışı zamanı bildirib
Ərdoğan bildirib ki, Türkiyə dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən birinə çevrilib.
“2002-ci ildən bu günə qədər ölkəmizdə aktiv hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.
O vurğulayıb ki, yalnız İstanbulda nəqliyyat və infrastruktur sahəsinə cari qiymətlərlə ümumilikdə 2,12 trilyon lirə sərmayə qoyulub. Bu investisiyaların 604,4 milyard lirəsi hava nəqliyyatının payına düşüb.
Ərdoğanın sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında Türkiyə üzrə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı 167,5 milyondan çox olub.
Türkiyə Prezidenti qeyd edib ki, bu göstərici ölkə əhalisinin təxminən iki mislinə bərabərdir.
16:45 18.09.2026
Oxunuş sayı: 47