Macarıstan Rusiya qazından imtina etməyə hazırdır
Macarıstan 2027-ci ilin oktyabrından Rusiya qazının alışından imtina etməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Macarıstanın Energetika Nazirliyi bu barədə məlumat yayıb.
Budapeşt Avropa İttifaqının mümkün qadağasını siyasi qərar hesab etsə də, alternativ tədarüklər hesabına Rusiya qazını əvəz etmək imkanlarını araşdırır.
Hazırda Macarıstan həmin tarixədək alternativ qaz tədarükünü təmin etmək üçün Rumıniya və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatçıları ilə fəal danışıqlar aparır.
16:19 18.09.2026
Oxunuş sayı: 43