Litva Rusiya ilə müharibə ehtimalına hazırlaşır
Litva hakimiyyəti Rusiya ilə hərbi qarşıdurma ehtimalı yaranacağı təqdirdə Vilnüs sakinlərinin Polşaya təxliyəsi üçün plan hazırlayıb.
Crossmedia.az xəbər verir ki, “Polskie Radio” bu barədə məlumat yayıb.
Plana əsasən, hərbi təhlükə yaranacağı təqdirdə Vilnüsdən əhalinin Polşaya təxliyəsinin təşkili nəzərdə tutulur.
Litva hakimiyyətinin hazırladığı tədbirlər Rusiyadan mümkün hərbi təhlükə zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
16:21 18.09.2026
Oxunuş sayı: 52