Papuaşvili: Rusiya Gürcüstanın ƏRAZİ BÜTÖVLÜYÜNÜ tanımalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Rusiya ilə münasibətlərin normallaşması qarşısında əsas maneələrdən biri Moskvanın Gürcüstanın ərazi bütövlüyünü tanımamasıdır.
Crossmedia.az xəbər verir ki, Papuaşvilinin sözlərinə görə, Tbilisinin əsas məqsədi Abxaziya və Cənubi Osetiyanın işğalına son qoyulmasıdır.
O, Cənubi Osetiyada keçirilən “seçkilər”in legitim hesab edilə bilməyəcəyini də bildirib.
17:31 18.09.2026
Oxunuş sayı: 48