"Gəncəbasar" və "Kəpəz" yoxlama oyununda üz-üzə gələcəklər
"Kəpəz" və "Gəncəbasar" komandaları çempionatlarda yaranan fasilə müddətində yoxlama oyununda üz-üzə gələcəklər.
Bu barədə Crossmedia.az-a I Liqa təmsilçisindən məlumat verilib.
Qarşılaşma oktyabrın 2-də Gəncə stadionunun Məşq Mərkəzində, saat 17:00-da start götürəcək.
Xatırladaq ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 6 xalla altıncı, "Gəncəbasar" I Liqada 9 xalla ikinci pillədə qərarlaşıb.
17:53 18.09.2026
Oxunuş sayı: 46