Kreml İrəvanda güc yolu ilə çevriliş hazırlayır

Rusiya “ön xətt” olaraq gördüyü Ermənistanı “azad axına buraxmaq” niyyətində deyil — bu, artıq baş vermiş bir faktdır. Moskva Ermənistanın siyasi səhnəsində olduqca təsiredici bir kampaniya başladıb. Buna qədər bir neçə ay ərzində əsasən erməni əsilli və pro-erməni imici olan rusiyalı təbliğatçılar — Marqarita Simonyandan tutmuş Vladimir Solovyova qədər — fəallıq göstərirdi.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyadakı Erməni İttifaqının rəhbəri Ara Abramyan geniş müsahibəsində bildirib: “Gələcək seçkilərdə iştirak etməyi planlaşdırmasam da, vətənə sevgi ilə və mövcud iqtisadi və insan potensialından, o cümlədən diasporadan istifadə etməklə, Ermənistanı yenidən dirçəltməyə qadir sağlam qüvvələrin birləşməsinə kömək etmək üçün bütün imkanlarımı səfərbər edəcəyəm".
Pərvin Hacıyeva
13:26 03.08.2025
Oxunuş sayı: 826