İsrail və ABŞ HƏMAS-a ultimatum hazırlayır

İsrail və Birləşmiş Ştatlar HƏMAS-a qarşı birgə ultimatum hazırlayır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Channel 12 telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ultimatum üç əsas tələbi əhatə edir: Qəzza sektorunun silahsızlaşdırılması, bütün girovların azad edilməsi və ABŞ-ın rəhbərliyi altında Qəzzada müvəqqəti administrasiyanın yaradılmasına razılıq verilməsi.
Əgər HƏMAS bu şərtləri yerinə yetirməkdən imtina edərsə, İsrail qruplaşmanı tamamilə məhv etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlamaq niyyətindədir.
Pərvin Hacıyeva
13:15 03.08.2025
Oxunuş sayı: 788