Türkiyə qırıcısı Qara dəniz üzərində təlim uçuşu həyata keçirib

Türkiyə
Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Qara dənizin beynəlxalq hava məkanına
daxil olan hissəsində təlim uçuşu həyata keçirib.
Crossmedia.az
xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi müvafiq videogörüntüləri təqdim
edərək məlumat yayıb.
"Hərbi
Hava Qüvvələrimizin döyüş təyyarəsi Qara dənizin beynəlxalq beynəlxalq hava məkanına
daxil olan hissəsində təlim uçuşu həyata keçirib", - nazirliyin sosial şəbəkədə
yaydığı məlumatda deyilir.
Qeyd
edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 27-də rusiyalı həmkarı
Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib ki,
Qara dəniz regionunda təhlükəsiz mühit Türkiyə üçün böyük əhəmiyyət kəsb edir.
23:02 02.08.2025
Oxunuş sayı: 665