Ermənistan təyyarələri Azərbaycan səmasından istifadə etmir -RƏSMİ

Azərbaycan hava məkanı Ermənistanın mülki təyyarələri üçün nəzəri cəhətdən açıqdır, lakin erməni aviaşirkətləri bu marşrutdan istifadə etmirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilir ki, 2022-ci ildən Azərbaycan təyyarələri Bakı–Naxçıvan marşrutu üzrə Ermənistan üzərindən uçsa da, hər iki ölkənin hava məkanları əvvəldən mülki aviasiya üçün açıq olub.
Komitə əlavə edib ki, Azərbaycan hava məkanı Ermənistan təyyarələri üçün də açıq olsa da, erməni şirkətləri bu marşrutu istifadə etməmək qərarını özləri veriblər.
11:25 02.08.2025
Oxunuş sayı: 885