Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər

İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud
və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə
Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.
Crossmedia.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizin
Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında
daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-da xarici işlər
nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyə təqdim edilib.
Görüşdə,
həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütün sahələrdə möhkəmləndirilməsi,
eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
23:22 29.07.2025
Oxunuş sayı: 2084