DTX-nin həbs etdiyi Dövlət Turizm Agentliyinin əməkdaşı barəsində - YENİ QƏRAR

Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət
Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.
Crossmedia.az
xəbər verir ki, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
qərar qəbul edib.
Məhkəmə
iş üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq, Nicat
Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay
uzadılmasına qərar verib.
Qeyd
edək ki, Nicat Hüseynov DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq
ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar
Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıb və qanunsuz
əməllərlə bağlı DTX tərəfindən cinayət işi başlanılıb.
21:48 29.07.2025
Oxunuş sayı: 1814