Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib


Daxili
işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 28-də respublikanın şəhər,
rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək
arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Crossmedia.az
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən daxil olan məlumata əsasən xəbər
verir ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə
onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 214 nəfər seçim
turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 28 nəfəri Vətən müharibəsi
iştirakçısıdır.
Gənclər
qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də
uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək
fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
12:51 28.07.2025
Oxunuş sayı: 1225