FHN: Hazırda Talış və Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri davam etdirilir

Xocavənd
rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı
Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə
baxmayaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın-xilasetmə qüvvələrinin yüksək
peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.
Crossmedia.az
xəbər verir ki bu barədə FHN bildirib.
Bildirilib
ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində
yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.
12:55 27.07.2025
Oxunuş sayı: 863