Azərbaycan Rusiya-Ukrayna danışdıqlarının Bakıda keçirilməsinə dəstək verə bilər - Deputat

Azərbaycan
bölgədə sabitliyin və dialoqun təşviqinə yönəlmiş xarici siyasət kursunu davam
etdirir. Rusiya-Ukrayna müharibəsinin getdikcə daha mürəkkəb və dağıdıcı hal
aldığı bir dövrdə, rəsmi Bakı sülhə doğru atılacaq hər bir addımı dəstəklədiyini
bir daha nümayiş etdirib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də
açıqlamasında qeyd edib ki, “əgər hər iki tərəf maraqlı olarsa, Azərbaycan
Rusiya və Ukrayna arasında danışıqların Bakıda keçirilməsi üçün bütün zəruri şəraiti
təmin etməyə hazırdır”. Bu bəyanat Azərbaycanın regionda neytral vasitəçi və
konstruktiv tərəf kimi artan rolunu bir daha ortaya qoyur.
Mövzu
ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama
verib:
“Azərbaycanın
həm Rusiya həm də Ukrayna ilə yaxşı münasibətləri var. Biz bunu gizlətmirik.
Ukraynanın ərazi bütövlüyünə hörmət edirik, Rusiyayla isə normal qonşuluq
münasibətlərimiz var. Bu baxımdan tərəflərin maraqlı olduğu halda danışıqları
Bakıda keçirməyə Azərbaycan tam hazırdır. Bunun üçün hər iki ölkənin Azərbaycana
etimadı var. Bunun üçün hər cür təhlükəsizlik tədbirləri təmin edilir. Bu
danışıqların normal keçirilməsi üçün müvafiq addımlar atılacaq. Artıq cavab hər
iki tərəfindir”.
Ayhan
20:41 26.07.2025
Oxunuş sayı: 1380