"Ədalət" qəzetinin 35 yaşı tamam olub

"Ədalət" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 35 il ötür.
Crossmedia.az xəbər verir ki, 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb.
"Ədalət" müasir Azərbaycan mətbuatında özünün dəsti xətti ilə fərqlənən nəşrlərdəndir. Qəzet sözün əsl mənasında "cəmiyyətin güzgüsü" funksiyasını yerinə yetirir.
Qeyd edək ki, nəşrin təsisçisi Milli Məclisin deputatı Aqil Abbasdır.
Yubileyləri münasibətilə Crossmedia.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq.
Kənan Novruzov
12:21 26.07.2025
Oxunuş sayı: 1494