“İlham Əliyev bir daha öz humanistliyini dünyaya sübut etdi” – Deputat

Bir gün əvvəl Rusiyada təyyarə qəzası baş verdikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimr Putinə başsağlığı ünvanladı. Bu bir daha bizim diplomatik dəyərlərə və qonşuluq münasibətlərinə önəm verdiyimizin bariz sübutu oldu. Lakin Rusiya tərəfi 7 ay öncə törətdiyi təyyarə qəzasına görə bu günə qədər də üzr istəməyib.
Ölkə başçısının diplomatik jesti barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Prezident İlham Əliyev diplomatik qaydalara uyğun olaraq, eyni zamanda insanların təyyarə qəzasında həlak olmaları ilə bağlı öz münasibətini bildirib və başsağlığı verib: "Bu Putinə bir nümunədir. Rusiya başçısı Azərbaycan Hava Yollarının təyyarəsi Rusiya Silahlı Qüvvələri tərəfindən vurulanda eyni hərəkəti etsəydi yəni Azərbaycana rəsmi olaraq başsağlığı versəydi düşünürəm bu əsl diplomat addımı olacaqdı və daha da hörməti artacaqdı. Prezidentimiz bir daha göstərdi ki, Azərbaycan hamı ilə münasibətdə özünün mövqeyini saxlayır eyni zamanda münasibətlərə ciddi önəm verir. Mənə belə gəlir ki, bu başsağlığı dövlətlərarası münasibətdə olan diplomatik qayda-qanunun bir nümunəsidir".
Deputat həmçinin əlavə edib ki, əgər bir suveren dövlət varsa onun böyüklüyü, kiçikliyi, zəifliyindən asılı olmayaraq dövlətlərarsı münasibətləri qoruyub saxlamaq lazımdır: "Heç bir diplomatik qaydalarda yoxdur ki, güclü və böyük olduğuna görə digər dövlətlərə kobud və ya müstəmləkəçilik niyyəti ilə yanaşasan. Başda cənab Putin olmaqla bütövlükdə Rusiya siyasi dairələrinin hərəkəti məsələn istər dekabrda baş verən qəza, istər Rusiya ərazisində yaşayan, fəaliyyət göstərən soydaşlarımıza, diaspor nümayəndələrimizə münasibətdə köhnə imperialist düşüncələr özünü göstərməkdədir. Bu isə qətiyyən yolverilməzdir. Prezidentimizin isə bu gərginlik fonunda qarşı tərəfə jesti özünü bir daha təsdiq elədi".
Elmir Heydərli
16:08 25.07.2025
Oxunuş sayı: 12304