“Qurumlar arasında ən operativ olanı DİN-dir” - Deputat

"Dövlət qurumları ilə yazışmalara, əksər dövlət qurumları məsələyə həssas yanaşır. Amma biz açıq şəkildə həqiqəti də deməliyik. Məsələn qurumlar arasında müraciətlərə ən operativ və yerinə yetirilməsinə səy göstərən qurum Daxili İşlər Nazirliyidir".
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a geniş müsahibəsində deyib.
O, həmçinin qeyd edib ki, hər bir müraciətə Daxili İşlər naziri Vilayət Eyvazovun birbaşa özü imza atır. Hansı məsələ ilə bağlı müraciət edirsənsə o həssas münasibəti və reaksiyanı görürsən.
Müsahibənin tam versiyasını bu linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/38042
Ayhan
13:54 24.07.2025
Oxunuş sayı: 2030