Ukrayna səfiri: Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək

Ukrayna Kiyevə minatəmizləmə maşını təqdim edən Azərbaycana minnətdardır.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Yuri Qusev ölkə KİV-inə müsahibəsində bildirib.
"Biz hazırda Ukraynanın bəzi bölgələrini minalardan təmizləyən “Revival-P” minatəmizləmə maşınına görə Azərbaycana minnətdarıq. Mütəxəssislərin rəylərinə görə, o, səmərəli işləyir", - Y.Qusev deyib.
O vurğulayıb ki, bu maşın Sumı və Xarkov vilayətlərində minatəmizləmə fəaliyyətində istifadə olunur.
Diplomat qeyd edib ki, Kiyev Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti ilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal iş aparır.
Y.Qusev vurğulayıb ki, Azərbaycanın malik olduğu təcrübə əvəzolunmazdır, çünki həm Ukraynada, həm də Azərbaycanda istehkamçıların mübarizə apardığı minalar eynidir.
18:39 22.07.2025
Oxunuş sayı: 624