Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar

3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam Sənaye Parkında olublar.
Crossmedia.az-ın xəbərinə görə, qonaqlar sənaye parkının rezidentlərindən birinin fəaliyyəti ilə tanış olublar.
Ağdam Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpasına, sənaye potensialının inkişafına şərait yaratmaq, ən əsası isə rayon əhalisinin məşğulluğunu təmin etməkdir.
Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və media dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu açılıb. Forum iyulun 21-dək davam edəcək.
15:57 20.07.2025
Oxunuş sayı: 706