“Yüksəliş müsabiqəsinin Final mərhələsi 20 iyul tarixində başa çatacaq və qaliblər müəyyən olunacaq" - Fərhad Hacıyev

"Yüksəliş" müsabiqəsinin Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdirəcək.
Crossmedia.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, üç gün davam edəcək bu mərhələdə əvvəlki dörd mərhələni uğurla tamamlayan 124 iştirakçı mübarizəyə qatılıb. Final mərhələsi 20 iyul tarixində başa çatacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq. Bununla da, beşinci “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Ayhan
16:19 18.07.2025
Oxunuş sayı: 901