“Bizim verilişlərimiz xarici verilişlərdən səviyyəlidir” - Aqil Abbas

Televiziya yalnız ideoloji silah deyil axı, televiziya həm də əyləncədir. Adamlar əyləncəyə də baxmalıdır. Yalnız maarifçilik olsa heç kim baxmaz.
Bunu Crossmedia.az saytına verdiyi müsahibədə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyib:
“AzTV, Mədəniyyət TV, İTV təmiz dövlət kanallarıdır və onların özünün siyasi xətti var. Özəl kanallar həm də əyləncə verilişi verir. Çünki onlar reklamla pul qazanırlar. Bu cür verilişlərə baxan da çoxdur. Məsələn Zaur ATV-də də hər verilişində 10-15 xəstəni müalicə edir, bu az şeydir? Həkimləri dəvət edib pulsuz müalicə elətdirir. 2 saatlıq verilişin bir saatdan çoxunu həkimlər danışır, qoy yarım saat da əyləncə olsun. Burada qeyri-adi bir şey yoxdur. Səhər-səhər açın rus, amerikan kanallarını. Bizim verilişlərimiz onlardan səviyyəlidir. Əyləncə verilişləri bütün dünyada gedir”.
Ayhan
14:30 15.07.2025
Oxunuş sayı: 816